
Bakı. Trend:
Ötən gecə Rumıniya ordusu sərhəd yaxınlığında yerləşən
Ukraynanın İsmayıl şəhərinə doğru uçan Rusiya dronları ilə əlaqədar
havaya iki ədəf F-16 qırıcısını qaldırıb.
Trend xəbər verir
ki, bu barədə Rumıniyanın Milli müdafiə nazirliyinin saytında
məlumat dərc olunub.
Məlumatda qeyd olunur ki, hava polisinin hərbi xidmətindən olan
qırıcılar yerli vaxtla 02:00 radələrində Feteşti şəhərində yerləşən
86-cı hava bazasından qaldırılıb.
Yerüstü radarlar Rusiyanın hücumlarında istifadə olunan 20-ə
yaxın drondan birinin qısa müddət ərzində Rumıniyanın hava məkanını
pozduğunu qeydə alıb.
Qeyd edək ki, Ukrayna müharibəsi fonunda NATO Rumıniyanın hava
məkanının monitorinqini gücləndirərək, əlavə erkən xəbərdarlıq
sistemləri tətbiq edib.

