“Fənərbaxça” və “Qalatasaray” “Yuventus”un hücumçusunu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Yuventus”un yeni mövsüm üçün heyətdə düşünmədiyi Conatan Devid
karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, “Fənərbaxça” və “Qalatasaray” kanadalı forvardı
transfer etmək istəyir.




İstanbul nəhəngləri artıq 26 yaşlı hücumçu üçün ilkin
danışıqlara başlayıb.

Qeyd edək ki, Conatan Devid mövsümün əvvəlində “Lill”lə
müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə “Yuventus”a
keçib. Kanada millisinin üzvü Turin təmsilçisinin heyətində meydana
çıxdığı 43 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir