
Bakı. Trend:
Bakıda, İçərişəhər ərazisində Beynəlxalq Xalça Festivalı
başlayıb. Festivalın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq
sənətini dünyada tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf
perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və
bacarıqlarından bəhrələnməkdir.
Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına daim dəstək
verən ABB də Beynəlxalq Xalça Festivalının eksklüziv tərəfdaşıdır.
Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın
və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə
keçirilir.
Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar,
istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər.
Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan,
Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini
bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl
sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir
mübadiləsi aparacaqlar.
Belə tədbirlər ölkəmizdə xalça sənayesinin müasir dövrün
tələblərinə uyğun inkişafına, beynəlxalq əməkdaşlığın, satış
bazarlarının genişləndirilməsinə, bu sahədə kiçik və orta
sahibkarlığın inkişafına da mühüm töhfələr verir.
Mayın 3-dək davam edəcək festivalın proqramı zəngindir. Festival
günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad
dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi
maarifləndirici fəaliyyətlər təşkil olunacaq.
Ziyarətçilər festival məkanında təşkil edilmiş ABB meydanında
(Qız qalasının yanı) Bankın məhsul və xidmətləri ilə tanış ola,
müsabiqədə iştirak edərək ABB-dən hədiyyələr qazana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

