
Aşqabad. Trend:
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov aidiyyəti
vəzifəli şəxslərə Türkmənistanın Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakına
hərtərəfli hazırlığın təmin edilməsini tapşırıb.
Trend-in
Türkmənistan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, bu tapşırıq 2026-cı ilin yanvar-aprel ayları üzrə
Nazirlər Kabinetinin Türkmənistanın makroiqtisadi göstəricilərinə
həsr olunmuş onlayn iclası zamanı verilib.
Xatırladaq ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.
Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur.
Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və
innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini
təmin etməkdir.

