Qarabağın bərpa prosesinin sürəti insanı valeh edir – Braziliya səfiri (ÖZƏL)

Baş səhifə

Laçın.Trend:

Qarabağda bərpa prosesinin sürəti insanı valeh edir.

Bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro Şərqi
Zəngəzur və Qarabağ səfəri çərçivəsində Trend-ə açıqlamasında bildirib.

“Burada həyata keçirilən nəhəng infrastruktur layihələrini
görmək çox xoşdur. Söhbət həm yol infrastrukturundan, həm də
tarixən bu bölgədə yaşamış və artıq müasir texnologiyaların tətbiqi
ilə tam bərpa olunmuş evlərinə qayıtmaq imkanı əldə etmiş
sakinlərin rahat yaşayışı üçün yaradılan şəraitdən gedir”,- deyə
səfir bildirib.




Qeyd edək ki, 1 may 2026-cı il tarixində Azərbaycan Respublikası
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin
Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62
ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir,
diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad
olunmuş ərazilərə sayca iyirmi birinci səfəridir. Bu cür səfərlər
həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr
barədə obyektiv təsəvvürün formalaşdırılması baxımından mühüm
əhəmiyyət kəsb edir.

Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Laçın
rayonuna baş çəkiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir