
Bakı. Trend:
“Real”ın kapitanı Dani Karvahal sıradan çıxıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat
xidməti məlumat yayıb.
İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb. 34
yaşlı sağ cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq
qalacaq.
Qeyd edək ki, Dani Karvahal bu mövsüm “Real”ın heyətində 20
matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa
çatır.

