
Ağcabədi. Trend:
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində
qeydə alınıb.
Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il
təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində
həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını
qətlə yetirib. Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası
ilə törətdiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən A. Səlimov saxlanılıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi
başlanıb, araşdırma aparılır.

