
Bakı. Trend:
İsveç hökuməti müxtəlif cinayətlərə görə məhkum edilmiş 155
suriyalının deportasiyası üçün addımlar atır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, ölkənin miqrasiya naziri Yohan
Forssel sənədləşmə və şəxsiyyətin təsdiqlənməsi də daxil olmaqla
praktik məsələləri müzakirə etmək üçün Suriya nümayəndə heyətinin
yaxın zamanda Stokholma gələcəyinin gözlənildiyini bildirib.
Onun sözlərinə görə, işlərin əksəriyyəti ağır cinayətlərlə
aiddir, lakin deportasiyalar hələlik həyata keçirilə bilmir. Çünki
şəxslərin özləri geri qayıtmaqdan imtina edirlər, bunun üçün isə
qəbul edən ölkənin – Suriyanın razılığı tələb olunur.
Hökumət, həmçinin Miqrasiya Agentliyinin Suriya strukturları ilə
əlaqələrin qurulması işi üçün 2026-cı il üçün üç milyon kron
(təxminən 280 min dollar) ayırıb. Bu məbləğə nümayəndə heyətinin
Stokholma səfərinə xərclər də daxildir.
Suriya Somali ilə yanaşı, geri qaytarma siyasəti ilə bağlı
prioritet ölkələr arasındadır, Somaliyə isə 56 məhkum məhbusun
deportasiyası planlaşdırılır.

