
Bakı. Trend:
Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək
hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir.
Bu barədə Trend-ə
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli
intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi ehtimal olunur.

