Putin gömrükçülərə PUA-ları vurmağı ƏMR ETDİ

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.

Bu barədə Modern.az “Kommersant” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.

Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.

Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir