
Bakı. Trend:
İran ABŞ-yə 14 maddədən ibarət sülh təklifi təqdim edib.
Trend-in
məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər verib.
Məlumata əsasən, Tehranın təklifi Pakistan vasitəçisi vasitəsilə
təqdim edilib və “Livan da daxil olmaqla, bütün cəbhələrdə
müharibəyə son qoyulmasına” çağırış edir.
Bildirilib ki, Tehran hesab edir ki, “məsələlər 30 gün ərzində
həll olunmalıdır” və danışıqlar atəşkəsin uzadılmasından daha çox “müharibənin bitməsinə” yönəlməlidir.
Qeyd edilib ki, təklif həmçinin dondurulmuş İran aktivlərinin
azad edilməsini, sanksiyaların ləğvini və “Hörmüz boğazı üçün yeni
mexanizm”in tətbiq edilməsini nəzərdə tutur.

