
Bakı. Trend:
Almaniyadakı ABŞ-nin hərbi kontingenti 5000 nəfərdən çox
azaldılacaq.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə deyib.
“Biz insanların sayını əhəmiyyətli dərəcədə azaldacağıq və bunu
5 mindən çox azaldacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, Pentaqon bir müddət əvvəl ABŞ-ın növbəti 6-12 ay
ərzində Almaniyadan 5000 Amerika əsgərini çıxaracağını
açıqlayib.

