“Bakı Marafonu 2026” başlayır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bir qədər sonra paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə
təşkil olunan “Bakı Marafonu 2026”ya start veriləcək.

Trend xəbər verir ki,
marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük
Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə
uğrunda yarışır.




Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud,
eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər
saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında
artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər
zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri
keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv
oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42
kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı
Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut
üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir