
Bakı. Trend:
Külək Bakı Marafonuna xüsusi xarakter verir.
Bunu bazar günü Trend-ə Qırğızıstandan olan marafon iştirakçısı
Azamat Kozuyev deyib.
“Mən artıq təxminən qırx marafonda iştirak etmişəm, amma Bakıda
ilk dəfə çıxış edirəm və əlbəttə, yaxşı nəticə əldə etməyə ümid
edirəm.
Şəhər və insanlar barədə isə təəssüratlarım çox yaxşıdır. Burada
çox isti atmosfer var, mədəniyyətlərin yaxınlığı hiss olunur, bizi
yaxşı anlayırlar və bu da əlavə rahatlıq yaradır. Biz qardaş türk
xalqlarıyıq və bir-birimizi dəstəkləməliyik”, – deyə o
bildirib.
Kozuyevin sözlərinə görə, məsafə barədə danışsaq, xüsusilə
küləyə diqqət yetirmək lazımdır – Bakı küləyi marafona xüsusi
xarakter verir.
“Amma bu da təcrübənin bir hissəsidir və hər bir iştirakçı üçün
maraqlı bir çağırışdır”, – deyə Qırğızıstanlı iştirakçı əlavə
edib.

