Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm – Əhməd Alkanoğlu

Baş səhifə

Bakı. Trend:

Daha əvvəl Bakıda yarı marafonun qalibi olmuşam və yenidən
burada — Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm.

Trend xəbər verir ki, bunu
“Bakı Marafonu 2026”da kişilər arasında finiş xəttinə ilk çatan
türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlərə açıqlamasında
deyib.

“Bu gün mübarizə bir qədər çətin idi, çünki çox güclü külək
şəraitində yarışdıq”, — deyə o bildirib.

İdmançı yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür
edib:

“Çünki marafon təşkil etmək asan deyil.
Öz məşqçilərimə, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür
edirəm. Bu təşkilatda əməyi olan sponsorlara və Azərbaycandakı
bütün idmansevərlərə də minnətdarlığımı bildirirəm”.

Ə. Alkanoğlu əlavə edib ki, Bakı marafonunda müxtəlif
kateqoriyalar üzrə yarışlar keçirilib və bu da marafonun ayrılmaz
hissəsidir.




“Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını
dalğalandırdığım üçün xoşbəxtəm.

Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr
əldə edəcəyəm”, — deyə o sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə
keçirilən “Bakı Marafonu 2026”da kişilər arasında finiş xəttinə ilk
çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub.

İkinci yeri ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yeri isə
Qırğızıstan təmsilçisi Yrskeldi Akerov tutub.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci,
Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay isə
üçüncü olub.

Bu il Bakı marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə
deyil, tam 42 kilometrlik marşrut üzrə keçirilib və yarışa 25 min
iştirakçı qatılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir