
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda daha bir
oyun keçirilib.
Trend-in
məlumatına görə, “Zirə” evdə “Qəbələ” ilə qarşılaşıb. Görüş ev
sahibi komandanın minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Bakı təmsilçisinin qolunu 78-ci dəqiqədə Junior Martins
vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran “Zirə” 4-cü pilləyə
yüksəlib. 20 xalı olan “Qəbələ” isə 11-ci sırada qalıb.
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

