Kimi Antonelli Mayami Qran-Prisinin qalibi olub

Baş səhifə

Bakı. Trend:

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula
1 üzrə dünya çempionatının dördüncü mərhələsi — Mayami
Qran-Prisinin qalibi olub.

Trend-in
məlumatına görə, “McLaren” komandasının britaniyalı pilotu Lando
Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə
üçüncü yeri tutub.

Antonelli ardıcıl üçüncü yarışında qələbə qazanıb. O, 100 xal
toplayaraq ümumi çempionatın sıralamasında liderdir. İkinci yerdə
mövsümün açılış mərhələsinin qalibi olan britaniyalı “Mercedes”
pilotu Corc Rassel, üçüncü yerdə isə “Ferrari”nin monakolu pilotu
Şarl Lekler qərarlaşıb.




Konstruktorlar çempionatında “Mercedes” 180 xalla liderdir.
“Ferrari” (112 xal) və “McLaren” (94 xal) ilk üçlüyü
tamamlayır.

Dünya çempionatının beşinci mərhələsi 22–24 may tarixlərində
Kanadada keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir