Naxçıvanda nazirlikdə iki vəzifəli şəxs kollegiyadan çıxarıldı

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.

Trend-in əldə
etdiyi məlumata görə, Nazirliyin Kollegiya üzvlərinin sayı 7-dən
5-ə endirilib.

Yeni qərara əsasən, Kollegiyanın üzvləri aşağıdakılardan
ibarət olacaq:




  • Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat
    nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
    Nazirliyi Aparatının rəhbəri
  • “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud
    Məsuliyyətli Cəmiyyətinin direktoru

Əvvəlki tərkibdə “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi”
publik hüquqi şəxsin İdarə Heyətinin sədri və “Naxçıvan Telekom”
Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru da Kollegiyanın üzvü
idi.

Kollegiyanın sədri isə dəyişməyib. Bu vəzifəni Naxçıvan Muxtar
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri icra edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir