
Bakı. Trend:
ABŞ-nin İndianapolis şəhərində (İndiana ştatı) buraxılış günü
ilə bağlı keçirilən şənlikdə silahlı insident baş verib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident orta məktəbin “Son zəng” şənliyi üçün
icarəyə götürülmüş evlərin birində baş verib. Çağırış üzrə hadisə
yerinə gələn polis bir yeniyetmə qızı ağır yaralı vəziyyətdə
aşkarlayıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə
baxmayaraq aldığı yaralardan dünyasını dəyişib. Daha sonra əlavə 2
nəfər də güllə yarası ilə xəstəxanaya təxliyə olunub.
Polis faktla bağlı araşdırma aparır. Atəş açan şəxsin kimliyi və
cinayətin motivləri hələlik məlum deyil.

