AİB Azərbaycanın da iştirak etdiyi “yaşıl inkişaf” üzrə layihəni təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə 2026–2031-ci
illər üzrə ticarətin inkişafı və “yaşıl artım” layihəsini
təsdiqləyib.

Trend bu barədə
banka istinadən məlumat verir.

Layihə aşağıdakı ölkə və iqtisadiyyatları əhatə edir:
Azərbaycan, Ermənistan, Əfqanıstan, Banqladeş, Butan,
Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya
Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan,
Qırğız Respublikası, eləcə də digər ölkələr.




Layihənin maliyyələşdirilməsi üçün Texniki Yardım üzrə Xüsusi
Fond hesabına 603 133 ABŞ dolları, həmçinin Avstraliya hökuməti
tərəfindən 146 867 ABŞ dolları məbləğində vəsaitin ayrılmasını
nəzərdə tutulub.

Layihə regional xarakter daşıyır və sənaye və ticarət
sahələrində həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir