
Bakı. Trend:
Argentinadan Kabo-Verdeyə uçan “MV Hondius” kruiz laynerinin
daha 3 sərnişinində hantavirus simptomları aşkarlanıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, səyahət laynerinin göyərtəsində 170 sərnişin və
71 heyət üzvü olub.
Daha əvvəl bildirilmişdi ki, viruslu infeksiyanın qurbanları
arasında Niderlanddan olan yaşlı bir cütlük də daxil olmaqla üç
nəfər var. Laynerdə olan bir britaniyalı turist Cənubi Afrikada
xəstəxanaya yerləşdirilib. Gəmi Kabo-Verdenin paytaxtı olan Praia
limanında lövbər salıb. Sərnişinlərə və ekipaja layneri tərk etməyə
icazə verilmir, həkimlər onları gəminin göyərtəsində müayinə
edirlər.
Hantaviruslar, əsasən xırda məməliləri yoluxduran, lakin
insanlara da keçə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxan
şəxslərdə ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik
qızdırma inkişaf edə bilər.

