
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin
parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may
ayının 6-da ictimaiyyətə açıqlanacaq.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti
qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə
makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında
veriləcək.
“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək
üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya
proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat
siyasət addımları atılacaq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin qərarı ilə ilin əvvəlində uçot dərəcəsi 0,25% bəndi
azaldılaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz
dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. AMB-nin
sonuncu – aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrləri
sabit saxlanılıb.

