Paşinyan: 2028-ci ildə Aİ-nin Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm

Baş səhifə

“Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakı oldu, baxmayaraq ki, bu iştirak videokonfrans formatında baş tutub”.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib.

Eyni zamanda, Ermənistan lideri Azərbaycana rəsmi səfər etmək istəyini də bildirib.

“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir