
Bakı.Trend:
İran Birləşmiş Ərəb Əmirliklərinin ADNOC dövlət neft şirkətinə
məxsus tankerə hücum edib.
Trend xəbər verir
ki, bu barədə BƏƏ-nin Daxili İşlər Nazirliyinin bəyanatında
deyilir.
BƏƏ DİN tankerin Hörmüz boğazından keçidi zamanı pilotsuz uçuş
aparatlarının hücumuna tuş gəldiyini bildirib və bu hücumu “terror”
kimi dəyərləndirərək, qəti şəkildə pisləyib.
“BƏƏ ən kəskin şəkildə ADNOC şirkətinə məxsus tankerin Hörmüz
boğazından keçidi zamanı İranın iki pilotsuz uçuş aparatı ilə
həyata keçirilən terror hücumunu pisləyir və bundan dərin hiddətini
bildirir”, – deyə DİN-in X platformasında yayımlanan bəyanatında
qeyd olunur.
Bildirilir ki, hücum nəticəsində xəsarət alan olmayıb.

