"Space" TV-nin yeni baş direktoru kimdir… – DOSYE

Baş səhifə

Xəbər verildiyi kimi, “Space” televiziyasına yeni baş direktor təyin edilib.

Telekanalın təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Ayaz Mustafayev artıq telekanalın kollektivinə təqdim olunub.

Modern.az xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində işləyib.

Ardınca İTV və AzTV-nin London bürosunda çalışıb. A.Mustafayev bir müddət özəl sektorda da işləyib.

2024-cü ilin oktyabrında o, Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunda İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinə rəhbər təyin edilib. 
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir