
Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan
Respublikasının rəhbəri vəzifəsindən azad edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, Putin bu barədə müvafiq fərman
imzalayıb.
Sənəd Rusiyanın hüquqi aktlar portalında dərc edilib.
“Dağıstan Respublikasının rəhbəri Melikov S.A.-nın öz istəyi ilə
istefası qəbul olunsun”, – deyə fərmanda qeyd olunur.
Dağıstanda boş qalmış posta müvəqqəti olaraq Fedor Şukin təyin
olunub. O, buna qədər Dağıstan Ali məhkəməsinin sədri vəzifəsini
tutub.

