Xırdalan 0.0 ilə Bakı Marafonu daha da enerjili!

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan tam
alkoqolsuz Xırdalan 0.0 pivəsi mayın 3-də keçirilən Bakı
Marafonunun əsas tərəfdaşlarından biri olub.

“Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı
Marafonu bu il ilk dəfə 42 kilometrlik məsafədə təşkil olunub. Belə
ki, marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi
isə Sea Breeze ərazisində təyin edilib.

Hər il olduğu kimi böyük maraqla qarşılanan marafon sağlam həyat
tərzini təşviq etməyə davam edib.
“Bakı Marafonu – 2026”ın mükafatlandırması iki kateqoriya üzrə
həyata keçirilib. Marafonun kişi və qadın iştirakçıları qaçış
zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Hər iki kateqoriya
üzrə 1-ci yerin qalibi 6 000 AZN, 2-ci yerin qalibi 4 000 AZN, 3-cü
yerin qalibi isə 2 000 AZN məbləğində pul mükafatı və hədiyyələrlə,
eləcə də medal və sertifikatlarla təltif olunublar.

Xırdalan 0.0-ın dəstəyi ilə futbol üzrə Azərbaycan milli
komandasının üzvü Rüstəm Əhmədzadə, futzal üzrə Azərbaycan milli
komandasının üzvü Cavad Məmmədov, həmçinin tanınmış idman
influenseri və Xırdalan 0.0 brendinin ambassadoru Nuqzar Kvirtiya
brend zonasında iştirak ediblər. Onların iştirakı ilə marafona
qoşulanlar üçün maraqlı və əyləncəli idman yarışları təşkil
olunub.




Carlsberg Azerbaijan-ın Baş direktoru Krasimir Lazarov bildirib:
“Bakı Marafonuna ildən-ilə artan maraq bizi olduqca sevindirir və
bu möhtəşəm tədbirin tərəfdaşı olmaqdan qürur duyuruq.

Bildiyiniz kimi, Xırdalan 0.0, Azərbaycanda istehsal edilən ilk
0.0% alkoqollu pivədir və marafon iştirakçılarına klassik pivə
dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir. Bakı Marafonunda
birinci dəfədir iştirak edirəm və bu, mənim üçün əvəzsiz
təcrübədir. Eyni həyəcanı bölüşmək üçün finiş xəttində komanda
yoldaşlarımı gözləyirəm”.

Qeyd edək ki, Bakı Marafonu 2026-nın tərəfdaşı Xırdalan 0.0.
pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində
konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və
nəfis dadlı lager pivəsi Xırdalan 0.0 artıq istehlakçılar
tərəfindən böyük rəğbət qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir