
Bakı. Trend:
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün birgə bərpası ilə
bağlı anlaşma memorandumu imzalayıblar.
Trend xəbər
verir ki, bu barədə Yerevanda keçirilən 8-ci Avropa Siyasi Birliyi
Zirvə Toplantısında iştirak edən Türkiyə vitse-prezident Cevdet
Yılmaz məlumat verib.
Yılmaz bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla
danışıqlar zamanı Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma
memorandumu imzalanıb .
Onun sözlərinə görə, sənədi iki ölkənin münasibətlərin
normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben
Rubinyan imzalayıblar.
Qeyd edək ki, XI əsrə aid körpünün bərpası ilə bağlı iki ölkənin
nümayəndələri arasında 2025-ci ildə razılaşma əldə edilib. Bu
məsələ Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması
danışıqları zamanı dəfələrlə müzakirə olunub.

