
Bakı.Trend:
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Trend-in
məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu
futbol oynayan zaman qəfil halı pisləşərək vəfat edib.
İlkin məlumata görə, onun epilepsiya xəstəliyindən əziyyət
çəkdiyi bildirilir. Hadisə zamanı dili qatlanan gəncə yardım
göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Həsən Muhamməd Abdullah oğlu
Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.

