ABŞ idxal rüsumlarını daha da artıracaq – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin idxala tətbiq etdiyi gömrük
rüsumlarının əvvəlki dövrlə müqayisədə daha yüksək olacağını
açıqlayıb.

Trend xəbər verir ki, o, bu
barədə Ağ Evdə çıxışı zamanı danışıb.




Tramp bildirib ki, Ali Məhkəmənin administrasiyanın bu
istiqamətdə səlahiyyətlərini aşdığı ilə bağlı qərarına baxmayaraq,
Vaşinqton rüsum siyasətini davam etdirmək niyyətindədir.

“Rüsum tətbiq etmək üçün başqa mexanizmlərimiz də var və artıq
onlardan istifadə edirik. Bu üsullar daha effektiv və güclüdür.
Nəticədə rüsumlar daha da yüksələcək”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir