Zavodda partlayış baş verdi, ölən və yaralanan var

Baş səhifə

Çinin Lyuyan şəhərinin Quandu qəsəbəsində (Mərkəzi Çin) yerləşən fişəng istehsalı zavodunda partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Lyuyan şəhərinin Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən “Xinhua” agentliyi məlumat yayıb.

Partlayış nəticəsində üç nəfər ölüb və 25 nəfər xəsarət alıb.

Hadisə yerinə yerli təcili və yanğınsöndürmə-xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə əməliyyatı davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir