
Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun
vurulub.
Trend xəbər verir ki, turun
bağlanış oyununda “Mançester Siti” səfərdə “Everton”la qarşılaşıb.
Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa
çatıb.
İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar.
İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri “şəhərlilər”in
qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən
Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail
olub.
Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran “Mançester
Siti” 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan “şəhərlilər” lider “Arsenal”dan 7 xal geri qalır.

