“Real”ın müdafiəçisi üçün mövsüm erkən başa çatdı

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Real” klubunun heyətində itki baş verib.

Trend xəbər verir ki,
müdafiəçi Ferlan Mendi sıradan çıxıb.




Fransalı futbolçu La Liqanın 34-cü turunun “Espanyol”la matçında
(2:0) zədələnib. Mendinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 30
yaşlı müdafiəçi mövsümün qalan hissəsində meydana çıxa
bilməyəcək.

Qeyd edək ki, Ferlan Mendi bu mövsüm Madrid təmsilçisinin
heyətində 9 rəsmi matçda meydana çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir