
Bakı.Trend:
Cari ilin mart ayının sonuna olan vəziyyətə görə, rezident
maliyyə təşkilatları tərəfindən buraxılmış ( statistik vahidin
ödəniş kartları daxil olmaqla) lokal kartlarla aparılmış
əməliyyatların sayı 61,9 min vahid, həcmi isə 60,97 milyon manat
təşkil edib.
Bu haqda Trend-ə
Azərbaycan Mərkəzi Bankı tərəfindən məlumat verilib.
Məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə lokal
kartlardan istifadə olunmaqla aparılan əməliyyatların sayı 18 min
vahid və ya 41 faiz, həcmi isə 17,71 milyon manat və ya 40,9 faiz
artıb.
Qeyd edək ki, rezident maliyyə təşkilatlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.

