
Bakı. Trend:
İran danışıqlar masasına qayıtmalı və nüvə silahı əldə etmək
cəhdlərindən imtina etməlidir.
Trend xəbər verir
ki, bunu Almaniyanın kansleri Fridrix Merts rəsmi “X” səhifəsində
bildirib.
“Tehran danışıqlar masasına qayıtmalı və regionu, eləcə də bütün
dünyanı əsir vəziyyətində saxlamağa son qoymalıdır: Hörmüz
boğazının blokadası dayandırılmalıdır. Tehran nüvə silahı əldə
etməməlidir”, — deyə Merts yazıb.
O, həmçinin vurğulayıb ki, İran “əlavə təhdidlərdən” və
Avropanın tərəfdaşlarına hücumlardan imtina etməlidir.
Mayın əvvəlində ABŞ Prezidenti Donald Tramp Almaniyadan 5 min
amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib. Pentaqonun
açıqlamasına görə, qərar ABŞ-nin Avropadakı qüvvələrinin
yerləşdirilməsinin “ətraflı təhlili” əsasında qəbul olunub. Lakin
Amerika KİV-ləri bu addımı Avropa müttəfiqləri ilə münasibətlərin
soyuması və qüvvələrin bir hissəsinin Hind-Sakit okean regionuna
köçürülməsi ilə əlaqələndiriblər.
Tehran must return to the negotiating table
and stop holding the region and the world hostage: The blockade of
the Strait of Hormuz must end. Tehran must not acquire a nuclear
weapon. There must be no further threats or attacks against our
partners.— Bundeskanzler Friedrich Merz (@bundeskanzler)
May 4, 2026

