
Bakı. Trend:
Çinin Hunan əyalətində fəaliyyət göstərən pirotexnika istehsal
edən müəssisədə mayın 4-də baş vermiş partlayış və yanğın
nəticəsində 21 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
İnsidentdən sonra hadisə yerinə 500-ə yaxın xilasedici səfərbər
olunub.
Çin Xalq Respublikasının sədri Si Cinpin partlayışdan sonra
itkin düşən şəxslərin tapılması eləcə də zərərçəkənlərin
xilasedilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə dair
göstəriş verib. O, eyni zamanda həmin hadisəyə görə cavabdeh
olanların dərhal məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.
Yerli hüquq mühafizə orqanları artıq hadisənin səbəbini
araşdırmağa başlayıb. Şirkətin rəhbərliyi dindirildikdən sonra
polis nəzarətinə verilərək məhkəməyə qədər sərbəst buraxılıb.

