Rusiya Ukraynanın Poltava vilayətinə raket zərbələri endirib: 4 nəfər ölüb, 31 nəfər yaralanıb

Baş səhifə

Mayın 5-nə keçən gecə Rusiya ordusu Ukraynanın Poltava vilayətinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitaliy Dyakivniç “Telegram”da bildirib.

Məlumata görə, hücum nəticəsində azı 4 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Yaralılara zəruri tibbi yardım göstərilir.

Hadisə nəticəsində mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir