WUF13 zamanı yollarda postlar qurulmayacaq – Rəsmi

Baş səhifə

Bakı.Trend:

WUF13 çərçivəsində yollarda hər hansı məhdudiyyətlərin tətbiqi,
postların qurulması və ya rayon və bölgələrdən paytaxta daxil olmaq
istəyən sürücülərin qarşısının alınması nəzərdə tutulmur.

Trend xəbər
verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması
planına dair keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev
bildirib.

Onun sözlərinə görə, yalnız noyabrın 18-də – açılış günü müəyyən
qısamüddətli dəyişiklik ehtimalı istisna deyil:




“Qısa zaman ərzində paytaxtın cənub hissəsindən, “Lökbatan
dairəsi” kimi tanınan ərazidən şəhərə daxil olan nəqliyyat
vasitələrinin istiqaməti dəyişdirilərək kənar dairəvi yola
yönləndirilə bilər. Bu isə digər istiqamətlərdən gələn nəqliyyat
üçün hər hansı məhdudiyyət demək deyil.

Bu hal postların qurulması və ya nəqliyyat vasitələrinin
buraxılmaması kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq, həmin
istiqamətdən gələn nəqliyyatın şəhərə daxilolması alternativ
marşrut vasitəsilə təşkil ediləcək. Zərurət yaranarsa, tədbir günü
nəqliyyat vasitələri müvəqqəti olaraq kənar dairəvi yola
istiqamətləndirilə bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir