Sabah uşaqların I sinfə qəbulu başlayır

Baş səhifə

Bakı. Trend:

6 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili
üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu
başlayır.

Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə
aparılacaq.




Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və
rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinfə
qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması
mütləqdir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq
məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir