
Bakı.Trend:
Pakistan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə endirilən
zərbələri pisləyir. ABŞ ilə İran arasında atəşkəs rejiminə riayət
olunmalı və dialoq qurmaq imkanə qorunub saxlanmalıdır.
Trend xəbər verir
ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Pakistan ötən gecə Birləşmiş Ərəb Əmirliklərində mülki
infrastruktura qarşı həyata keçirilən raket və pilotsuz uçuş
aparatları hücumlarını qətiyyətlə pisləyir. … Bölgədə davamlı
sülh və sabitliyə aparan dialoq üçün zəruri diplomatik məkanın
təmin edilməsi məqsədilə (ABŞ və İran arasında) atəşkəs rejiminə
mütləq əməl olunması son dərəcə vacibdir”,- deyə Şahbaz Şərif “X”
sosial şəbəkəsində yazıb.
Bazar ertəsi BƏƏ raket atəşinə və pilotsuz uçuş aparatlarının
hücumlarına məruz qalıb. Nəticədə Əl-Füceyrə əmirliyində yerləşən
neft emalı kompleksinin ərazisində iri yanğın baş verib. Əbu-Dabi
hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub və cavab verəcəyini
bəyan edib. Rəsmi Tehran bu ittihamları rədd edib.

