
Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Çin paytaxtı
Pekinə səfər edəcək.
Trend xəbər
verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, müxtəlif ölkələrlə diplomatik
məsləhətləşmələrin davamı olaraq İran xarici işlər naziri çinli
həmkarı ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq
məsələlər haqda danışıqlar və fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, son vaxtlar İran xarici işlər naziri Pakistan,
Oman və Rusiyaya səfər edib.

