
Bakı. Trend:
“Roma” futbolçusu Paulo Dibalanın gələcəyi ilə bağlı qərar qəbul
edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu haqda insayde Nikolo Şira
məlumat yayıb.
Paytaxt təmsilçisi 32 yaşlı hücumçu müqaviləsini uzatmağı
planlaşdırır. Klub Dibalaya 2027-ci ilin yayına qədər yeni müqavilə
təklif edib. Eyni zamanda, bu, oyunçunun maaşının azaldılmasını da
nəzərdə tutur.
Daha əvvəl “Boka Xuniors” argentinalı oyunçu ilə maraqlandığı da
yazılırdı.
Hazırkı mövsümdə Dibala bütün turnirlərdə 24 oyun keçirib, 3 qol
vurub və 4 məhsuldar ötürmə edib.

