
Bakı. Trend:
2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası
alanların sayı 151 976 nəfər olub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri
əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya
alıb.
Qeyd edək ki,
2026-cı ilin mart ayı ərzində isə xüsusi şərtlərlə əmək
pensiyası alanların sayı 151 628 nəfər olub. Onların 114 713 nəfəri
yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını
itirməyə görə pensiya alıb.

