İstanbulda bərəyə minən azərbaycanlı qadın müəmmalı şəkildə yoxa çıxdı – FOTO

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Beşiktaşa getmək üçün sərnişin
bərəsinə minən azərbaycanlı qadın müəmmalı şəkildə yoxa çıxıb.

Trend bu barədə
“Sabah” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, 44 yaşlarında olan, Azərbaycan vətəndaşlığı olan
Məğfurə Hüseynova mayın 2-də yerli vaxtla 22:00 radələrində gəminin
göyərtəsinə qalxıb. Ancaq gəmi Beşiktaşa çatanda qadının göyərtədə
olmadığı məlum olub. Onun yalnız əl çantası aşkarlanıb.




Araşdırmanın başlanılmasından sonra Hüseynovanın axtarışı
məqsədilə videomüşahidə kameraları yoxlanılsa da, onların aprelin
14-dən bəri işləmədiyi ortaya çıxıb.

Kadıköy limanındakı müşahidə kameralarının görüntülərinin
araşdırılması nəticəsində müəyyən edilib ki, qadın saat 22:30
radələrində turniketdən keçərək bərəyə minib. Hüseynovanın qızı
Nigar Yusifli videoda görünən şəxsin anası olduğunu
təsdiqləyib.

Azərbaycanlı qadının dənizə düşə biləcəyi ehtimalı nəzərə
alınaraq, onun axtarışlarına sahil mühafizəsi, dalğıclar və polis
cəlb olunub. Axtarışlar həm quruda, həm də sahilyanı ərazilərdə
davam etdirilir. Üç gün davam edən səylərə baxmayaraq, qadına aid
hər hansı iz tapmaq mümkün olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir