İranın vurduğu neft obyektində yanğın söndürüldü

Baş səhifə

İranın BƏƏ-də yerləşən “Fuceyrə” neft obyektinə hücumundan sonra baş verən yanğın nəzarət altına alınıb.

Modern.az xəbər verir ki, bu barədə BƏƏ rəsmiləri məlumat yayıb.

Bildirilib ki, xəsarət alan üç Hindistan vətəndaşı hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, sənaye zonasında “Habsan–Fuceyrə” neft kəməri yerləşir. Həmin kəmər BƏƏ-nin neft ixracının təxminən 50-60 faizini daşıyır və Hörmüz boğazından yan keçərək neftin birbaşa Oman körfəzi üzərindən dünya bazarına çıxarılmasına imkan yaradır.

Ekspertlərin fikrincə, burada mesaj ondan ibarətdir ki, “siz Hörmüz boğazından yan keçə biləcəyinizi düşünsəniz belə, biz sizin ən vacib iqtisadi nöqtələrinizi vurmaq imkanına malikik”. İran hakimiyyəti hücuma görə məsuliyyəti nə təsdiqləyib, nə də təkzib edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir