Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində iştirakı yeni abu-havadan xəbər verir – Antonio Koşta

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində
iştirakı Ermənistan və Azərbaycan arasında yeni abu-havanı əks
etdirir.

Trend xəbər verir
ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta
İrəvanda Aİ-Ermənistan sammitinin yekunlarına dair təşkil olunan
mətbuat konfransında bildirib.

Koşta qeyd edib ki, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı
və tarixdə ilk dəfə keçirilən Avropa İttifaqı-Ermənistan sammiti
regional dialoqun və qarşılıqlı fəaliyyətin inkişafında vacib
mərhələ olub.

Onun sözlərinə görə, cari proseslər Cənubi Qafqazda sabitlik və
əməkdaşlıq yönümlü artan dinamikadan xəbər verir.

“Prezident İlham Əliyevin dünən “Avropa Siyasi Birliyi”nin
sammitində iştirakı ölkələriniz arasında yeni abu-havanın
göstəricisidir”, – deyə Koşta bildirib.




O vurğulayıb ki, sabit və firəvan Cənubi Qafqaz regionda
uzunmüddətli inkişaf və sülh üçün həlledici əhəmiyyət daşıyır.

“Sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyinin
təməlini təşkil edir və Avropa İttifaqı regional sülh və
normallaşma proseslərini dəstəkləməyə davam edəcək”,- deyə o qeyd
edib.

Koşta, həmçinin Aİ-nin əlaqəliliyin və iqtisadi əməkdaşlığın
inkişafında uzunmüddətli tərəfdaş kimi rolunu vurğulayıb.

“Nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi
sayəsində biz etimadı möhkəmləndirə, iş yerləri yarada və ümumi
rifah vasitəsilə qonşuları bir-birinə yaxınlaşdıra bilərik – bu isə
dayanıqlı sülh üçün ən effektiv təməldir”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir