Xaçmazın Mehrəliqışlaq kəndində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Mehrəliqışlaq kəndində səyyar qəbul
keçirib.

Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Mehrəliqışlaq, Hülövlü, Qaradağlı, Bəyqışlaq, Canaxır,
Qaradağ Buduq, Qobuqıraq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli
kəndlərinin sakinləri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Mehrəliqışlaq kəndindən olan şəhid
Muxtar Adıgözəl oğlu Osmanovun büstü önünə gül dəstələri düzərək
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.




Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib.
Sakinlər yolların təmiri, fərdi yaşayış evinə elektrik xəttinin
çəkilməsi, ərazidə körpələr evi-uşaq bağçasının açılması və digər
məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll olunub.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata
keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir