Daha bir prospektdə mikromobillik zolağı təşkil olunur

Baş səhifə

Bakı.Trend:

Paytaxtın daha bir prospektində mikromobillik zolağı təşkil
olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata
əsasən, Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif
Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 km-lik
mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud
velosiped zolağı ilə birləşdiriləcək.




“Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın
günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin
quraşdırılması həyata keçiriləcək.

Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi
genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı
mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün
nəqliyyat vasitəsinə çevirməkdir”,-məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir