Rumıniya parlamenti hökumətə etimadsızlıq votumu elan edib

Baş səhifə

Bakı. Trend:

Rumıniya parlamenti İlie Bolojan hökumətinə (Milli Liberal
Partiya, MLP) etimadsızlıq votumu elan edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Nazirlər kabinetinin istefasının lehinə 281 deputat və senator
səs verib, əleyhinə isə 4 nəfər çıxış edib. Etimadsızlıq votumunun
qəbul olunması üçün minimum 233 səs tələb olunurdu.




Hakim koalisiyaya daxil olan partiyaların ( Milli Liberal
Partiya, Rumıniyanın Xilas İttifaqı və Rumıniya Macarlarının
Demokratik İttifaqı) parlament üzvləri zalda olsalar da, səsvermədə
iştirak etməyiblər.

“Bolojanın iqtisadiyyatın dağıdılması, əhalinin
yoxsullaşdırılması və dövlət əmlakının saxta satışına dair planına
son” adlı sənəd parlamentə Rumıniya Sosial-Demokrat Partiyası,
Rumınların Birləşməsi Alyansı və “Sülh – Rumıniya hər şeydən əvvəl”
fraksiyası tərəfindən təqdim olunub

Onlar Bolojan hökumətini sərt büdcə islahatları ilə rumınların
həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmaqda,
həmçinin dövlətin strateji aktivlərini xarici şirkətlərə satmaq
niyyətində ittiham edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir