Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə ABŞ dolları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Aprelin 1-ə olan vəziyyətə görə, Banklararası Kart Mərkəzi
vasitəsilə 6,1 milyon ABŞ dolları həcmində 27,1 ödəniş əməliyyatı
həyata keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat
verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 8,9 min
ədəd və ya 48,9% artıb, məbləğ isə 1,2 milyon ABŞ dolları və ya
24,5 faiz çoxalıb.




Ötən ilin 1 aprel tarixinə olan vəziyyətə görə, Banklararası
Kart Mərkəzi vasitəsilə 4,9 milyon ABŞ dolları həcmində 18,2 min
ödəniş əməliyyatı həyata keçirilmişdi

Qeyd edək ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə
ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən, yəni banklar
arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını
həyata keçirən texnoloji və maliyyə infrastrukturudur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir